Məşhur amerikalı müğənni Teylor Svift amerikalı futbolçu Trevis Kelsi ilə ailə həyatı qurub.
Hafta.az xəbər verir ki, cütlük toy mərasimini ötən gün Nyu-Yorkdakı "Madison Square Garden" arenasında keçirib. Onlar 2023-cü ildən münasibətdə idilər. Toy mərasimində çoxsaylı məşhurlar iştirak edib.
Qeyd edək ki, "Madison Square Garden" ABŞ-ın ən məşhur idman və əyləncə məkanlarından biridir. Burada UFC turnirləri keçirilir, NHL-də çıxış edən "New York Rangers" və NBA-nın "New York Knicks" komandaları ev oyunlarını keçirirlər.
Teylor Svift dünyanın ən uğurlu musiqiçilərindən biri hesab olunur. O, indiyədək 14 "Grammy" mükafatı, 40 "American Music Awards", 49 "Billboard Music Awards" və 30 MTV Video Music Awards qazanaraq bu mükafatların tarixində ən çox qalib gələn sənətçilərdən birinə çevrilib.
Forbes jurnalının 2026-cı il qiymətləndirməsinə əsasən, Teylor Sviftin sərvəti təxminən 2 milyard ABŞ dolları təşkil edir. Onun gəlirlərinin əsas hissəsini musiqi kataloqu, konsert turları, müəllif hüquqları və kommersiya layihələri formalaşdırır.